Vens: Zelenskinin ABŞ nin Rusiyaya dəstəyi ilə bağlı sözləri absurddur

15.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun Moskvanın tərəfində olması ilə bağlı iddialarını absurd hesab edir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "Unherd" nəşrinə müsahibəsində danışıb.

"Hesab edirəm ki, Zelenskinin hazırda onun hökumətinin və ordusunun səylərini dəstəkləyən ABŞ hökumətinə rusiyalıların tərəfində olduğunu söyləməsi bir növ absurddur", - deyə o bildirib.

Vensin sözlərinə görə, belə ritorika "mütləq şəkildə qeyri-məhsuldardır".

O, 2022-ci ildən bəri Rusiyanın hərəkətlərini qınadığını xatırladıb və izah edib ki, döyüşlərin dayandırılması üçün rusiyalıların və ukraynalıların öz strateji məqsədlərini nədə gördüklərini anlamağa çalışıb. Onun fikrincə, bu, "Rusiya işinə dəstək və ya genişmiqyaslı işğala dəstək" demək deyil, çünki Moskvanın "qırmızı xətləri"ni və Kiyevin nəyə nail olmağa çalışdığını anlamaq lazımdır.

Qeyd edək ki, Volodimir Zelenski daha əvvəl "CBS News"a müsahibəsində ABŞ-də Rusiya narrativlərinin üstünlük təşkil etdiyini bildirmişdi.

"Bu, Rusiyanın informasiya siyasətinin ABŞ-yə, ABŞ siyasətinə böyük təsirindən xəbər verir", - deyə Ukrayna prezidenti fikrini ifadə etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью