Vensan Abubakar Qarabağ da çıxış etmək istədiyi üçün digər təklifləri geri çevirdi

02.06.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ"dan təklif alan və Azərbaycan çempionu ilə yola davam etmək istəyən Vensan Abubakar Türkiyə klublarının təkliflərini geri çevirib.

Oxu.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı forvard "Qarabağ"la ilkin razılıq əldə edib.

Məlumatda qeyd olunur ki, Abubakarla Super Liqanın bir neçə təmsilçisi maraqlanıb. Lakin oyunçunun ölkəni dəyişmək və avrokuboklarda çıxış edəcək klubda oynamaq qərarına gəlməsi həmin komandaları geri addım atmağa vadar edib. Onun Azərbaycan çempionu ilə münasibətləri rəsmiləşdirməyə çox yaxın olduğu vurğulanır.

Qeyd edək ki, "Hatayspor"la yollarını ayıran Vensan Abubakar hazırda azad agentdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью