Vensan Kassel Kvazimodo olacaq

28.09.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Netflix”də Vensan Kasselin baş rolu ifa etdiyi “The Hunchback, Soul of Paris” (“Qozbel, Parisin ruhu”) filmi ekranlara çıxacaq. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, film “Paris Notr-Dam kilsəsi” hekayəsinə fərqli yanaşmanı əks etdirir. 

Belə ki, burada rejissor Jan-Fransua Rişe Viktor Hüqonun klassik romanına deyil, britaniyalı arxivarius Edrian Qlünün nəzəriyyəsinə istinad edir. Qlü güman edir ki, Kvazimodo obrazının prototipi Hüqonun kilsənin tarixi üzərində işləyərkən rastlaşdığı real bir daşyonan usta olub.

Filmdəki hadisələr 1830-cu illərdə Parisdə, İyul inqilabı ərəfəsində, şiddətlənən vəba epidemiyası fonunda cərəyan edir. Kvazimodo təhlükəsizlik xidmətinin rəisi və ondan tibbi təcrübələr üçün istifadə etmək istəyən həkimin təqibinə məruz qalır. 

“Radar Films” şirkətinin istehsal etdiyi filmin büdcəsi təminən 30 milyon avro təşkil edir. Bu, “Netflix”in fransız layihələri üçün ən böyük büdcələrdən biri hesab olunur. 

Film xarici prokata noyabrın 27-də çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью