Vensan Kompani bu tarixə qədər Bavariya nı çalışdıra bilməyəcək

29.10.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Vensan Kompani noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyədək komandanın oyunlarına rəhbərlik edə bilməyəcək.

BAKU.WS-in məlumatına görə, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 40 yaşlı belçikalı mütəxəssis hələlik istirahətini davam etdirəcək və dərman qəbul edəcək.

Kompani oktyabrın 31-də Dortmund "Borussiya"sı, noyabrın 3-də Madrid "Atletiko"su və noyabrın 7-də "Maynts"la keçiriləcək qarşılaşmalarda komandanın başında olmayacaq.

Xatırladaq ki, bir müddət əvvəl Kompani "Bavariya"nın ikinci komandasının məşqi zamanı huşunu itirib. Bundan sonra Münhen klubunun idman məsələləri üzrə idarə heyətinin üzvü Maks Eberl hadisənin beyin qişalarının qıcıqlanması ilə əlaqəli olduğunu açıqlayıb.

Noyabrın 9-dan 17-dək davam edəcək milli komandaların oyunları ilə bağlı fasiləyədək mütəxəssisin məşqçi fəaliyyətinə qayıtması gözlənilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью