Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-ın vitse-prezidenti JD Vens Respublikaçılar Partiyasının aralıq Konqres seçkilərindəki məğlubiyyətini İranla müharibə və İsraillə münasibətlərlə əlaqələndirib.
Turkustan.az xəbər verir ki, Vens ABŞ-da yerləşən X sosial şəbəkəsindəki hesabında paylaşım edərək seçkilərin nəticələrini şərh edib.
Respublikaçıların məğlubiyyətinin səbəbləri sırasında İranla müharibəni və İsraillə münasibətləri qeyd edən Vens “Uduzmağımızın səbəbi müharibədir” deyib. O, ABŞ Prezidenti Donald Trampın da ötən gecə bunu şəxsən ifadə etdiyini xatırladıb.
Vens seçkilərdəki məğlubiyyətin əsl səbəbinin, demək olar ki, hər kəsə aydın olduğunu bildirib. O, Respublikaçılar Partiyasından uzaqlaşan seçiciləri geri qaytarmaq yollarını müəyyənləşdirmək üçün bir sorğu mütəxəssisi ilə məsləhətləşdiyini və həll yolu ilə bağlı dörd məqamı açıqladığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az