Vensdən İranla bağlı xəbərdarlıq: “Qarşıdurma yeni mərhələyə keçəcək”

17.09.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ ilə İran arasında qarşıdurmanın yaxın aylarda daha da kəskinləşəcəyi və yeni mərhələyə keçəcəyi bildirilir.

Modern.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib. Onun sözlərini “New York Post” yayıb.

“Gələcəyi proqnozlaşdıra bilmərik, lakin hesab edirəm ki, prezident haqlıdır. Bir neçə aydan sonra qarşıdurma tamamilə yeni səviyyəyə yüksələcək”, - deyə Vens bildirib.

ABŞ vitse-prezidenti həmçinin İranın nüvə proqramının və hərbi imkanlarının məhv edilməsinin başa çatdığını deyib.

Vensin sözlərinə görə, bundan sonra əsas məqsəd Tehranın həmin sahələrdə öz imkanlarını yenidən bərpa edə bilməməsini təmin etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью