Vensdən Netanyahuya mesaj: Tramp İsraillə yollarını ayırmağa hazırdır

16.09.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın vitse-prezidenti JD Vens ölkəsinin İsraillə bütün məsələlərdə razılaşmadığını bildirərək Vaşinqtonun Yaxın Şərq siyasətinin yalnız İsrailin maraqlarına xidmət etməməli olduğunu deyib.

Turkustan.az xəbər verir ki, Vens özünün YouTube-dakı “All-In Podcast” proqramında ABŞ-İsrail münasibətləri və regiondakı son hadisələrdən danışıb.

İranın nüvə proqramına və ənənəvi hərbi imkanlarına ciddi zərbə vurduqlarını iddia edən Vens bildirib ki, İsrail ABŞ üçün hərbi texnologiya və kəşfiyyat mübadiləsi baxımından mühüm tərəfdaşdır. Bununla belə, o, iki ölkənin bəzi məsələlərdə fərqli mövqelərə malik olduğunu vurğulayıb.

“İsrail hərbi texnologiya və kəşfiyyat paylaşımı məsələsində vacib tərəfdaşdır, lakin bəzən ABŞ İsraillə razılaşmır”, - deyə Vens bildirib.

Vens həmçinin qeyd edib ki, prezident Donald Tramp Amerika xalqının maraqları ilə İsrail hökumətinin maraqlarının üst-üstə düşmədiyini düşündüyü hallarda İsrailin Baş naziri Benyamin Netanyahu ilə fikir ayrılığı yaşamaqdan çəkinmir.

Onun sözlərinə görə, Tramp son 40 ildə digər prezidentlərlə müqayisədə bu mövqeyi daha açıq şəkildə nümayiş etdirib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью