Vensdən öncə 20 təyyarə gəldi ABŞ İrana Ermənistandan hücum edəcək?

09.02.2026

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20-ə yaxın hərbi nəqliyyat təyyarəsi vitse-prezident Ceyms Devid Vensin regiona səfərindən öncə Ermənistana gəlib.

Publika.az xəbər verir ki, təyyarələrin 4-8 fevral tarixində İrəvana gəldiyi haqda məlumat var.

Təyyarələr ABŞ-dakı bazalardan havaya qalxıb və Almaniyadakı Ramşteyn bazasında yanacaq doldurublar. Bütün uçuşlar 77,5 ton yükdaşıma qabiliyyətinə malik olan “Boeing C-17A Globemaster III” təyyarəsi ilə həyata keçirilib. Daşınan yüklərin nə olduğu məlum olmasa da, İran ətrafında baş verən proseslər fonunda diqqət çəkir və sual yaradır: ABŞ İrana hərbi müdaxilə planında Ermənistandan da platforma kimi istifadə edəcək?

Bu sualın cavabının yaxın günlərdə bəlli olacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью