Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Tramp administrasiyası Ukrayna prezidenti Volodimir Zelenski ilə həmrəydir”.
Globalinfo.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın vitse-prezidenti J.D.Vens çıxış edib.
O bildirib ki, Amerika lideri Donald Trampın administrasiyası Ukraynanın ərazi bütövlüyünün qorunması məsələsində Zelenski ilə həmrəylik nümayiş etdirir.
O əlavə edib ki, bəzi fikir ayrılıqlarına baxmayaraq, ABŞ Ukraynanın ərazi bütövlüyünü qorumaq istəyir. Eyni zamanda Tramp administrasiyası Rusiyanın bütün ölkəni fəth etməsinin əleyhinədir.
Vens həmçinin bildirib ki, hazırda döyüşlərdə ruslar çox şey əldə edə bilmirlər. Ukraynalıların isə ümumiyyətlə heç bir üstünlüyü yoxdur.
Əliyar Xəlil