Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vitse-prezident Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri 9-11 fevral tarixlərində olacaq.
Reyting.az xəbər verbr ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq 9-11 fevral tarixlərində Milan, İrəvan və Bakıya səfər çərçivəsində vitse-prezident Venslə birgə olacaq.
Məlumata görə, Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.