Vensin bu hərəkəti gülüşlə qarşılandı VİDEO

15.04.2025

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ vitse-prezidenti J.D.Vens Ohayo ştatının milli çempionat kubokunu əlindən salıb.

"AzPolitika" xəbər verir ki, Ağ Evdə keçirilən təqdimat mərasimində baş verən bu xoşagəlməz hadisə sosial mediada geniş əks-səda doğurub.

Belə ki, Vens kuboku götürən zaman onu səhv tutub və nəticədə kubok ikiyə ayrılaraq yerə düşüb. Oyunçular tez bir zamanda kuboku düzəldərək Vensə təqdim ediblər.

Arxa planda olan protokol üzvləri Vensin bu hərəkəti qarşısında təəccüblərini və gülüşlərini gizlədə bilməyiblər. Hətta prezident Donald Tramp da hadisəyə reaksiya verib.

Vens bu barədə sosial şəbəkədə açıqlama yayaraq, hadisəyə yumorla cavab verib. O, “Ohayo ştatından sonra kuboku heç kimin almasını istəmədim, ona görə də onu sındırmaq qərarına gəldim”, -deyə bildirib.

"AzPolitika.info"


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью