Vensin cangüdəni istefaya göndərildi

23.07.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ vitse-prezidenti Cey Di Vensin təhlükəsizlik xidmətinə təyin edilmiş Gizli Xidmət agenti səyahət məlumatlarını sızdırdığı iddiası ilə vəzifəsindən kənarlaşdırılıb.

Gununsesi.info CNN-ə istinadla xəbər verir ki, hazırda araşdırma aparılır.

Xidmət agenti vitse-prezidentin şəxsi səfərlərini planlaşdırmaq üçün təhlükəsizlik resurslarından düzgün istifadə edilməməsi barədə məlumat yayıb.

Daha əvvəl “MS Now” telekanalı Gizli Xidmət agentlərinin vitse-prezidentin ailəsinin təhlükəsizliyini təmin etmək üçün ayrılmış dövlət resurslarından istifadəsindən narazılığı barədə bir süjet yayımlamışdı. Son qəzəb mənbəyi vitse-prezidentin kiçik oğlunu qolf məşqinə aparmaq üçün hərbi helikopterdən istifadə etmək qərarı olub.

Bəzi təhlükəsizlik işçiləri hesab edirlər ki, əvvəlki vitse-prezidentlərlə müqayisədə Vens dövlət resurslarından düzgün istifadə etmir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью