Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27.01.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Birləşmiş Ştatların vitse-prezident Cey Di Vensin Bakı və İrəvana səfəri özü-özlüyündə bəzi qüvvələrə siyasi mesaj ola bilər".
Bunu Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, bu səfərlə Vaşinqtonun munaqişəyə " ikinci dərəcəli münaqişə" olaraq baxmadığı özünü təsdiqləyir:
"ABŞ proseslərin sonuna qədər vasitəçilik masasından kənarda qalmayacağını sərgiləyir. Bu baxımdan hesab edirəm ki, Vens hər iki tərəflə ayrıca görüşəcək və prosesləri mövcud trayektoriyadan daha aktiv mərhələyə keçməsinə çalışacaq. Ehtimal etmək olar ki, ABŞ rəsmisi səfəri çərçivəsində yol xəritəsi və konkret zaman təqdim etsin və ilkin siyasi çərçivə sənədi qəbul olunaraq, yekun sülh mərhələsinə qədəm qoyulsun".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью