Verder in yeni baş məşqçisini açıqlayıb

29.05.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya Bundesliqası təmsilçisi "Verder"in yeni baş məşqçisi bəlli olub.

İdman.biz xəbər verir ki, klubun mətbuat xidməti Horst Şteffenlə anlaşıldığını açıqlayıb.

56 yaşlı mütəxəssisin son iş yeri "Elvesberq" olub. Komanda onun rəhbərliyi ilə 2-ci Bundesliqada 3-cü yeri tutub. Amma onlar pley-off matçında ümumi nəticədə "Haydenhaym"a 3:4 hesabı ilə uduzublar. Şteffen 2018-ci ildən "Elvesberq"ə başçılıq edib.

Qeyd edək ki, Bremen klubu bir neçə gün əvvəl Ole Vernerlə yollarını ayırıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью