Verder Qalatasaray dan bu futbolçuya görə cavab gözləyir

05.06.2025

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

''Verder''lə ''Qalatasaray'' arasında Derrik Könün transferi məsələsi hələ də həllini tapmayıb.

Müqavilə ilə Türkiyə çempionuna məxsus olan almaniyalı sol müdafiəçi geridə qoyduğumuz mövsümü Bremen klubunda keçirdi. ''Musiqiçilər'' bu futbolçunu daimi əsasda transfer etmək hüququna da malikdilər. Amma onların fikrincə, ''Qalatasaray''ın tələb etdiyi 5,12 milyon avro şişirdilmiş məbləğdi. Artıq neçə müddətdi ''Verder'' bu məbləği aşağı salmaq üçün qarşı tərəflə danışıqlar aparır.
Klubun idman direktoru Kleman Frits son açıqlamasında bunları deyib:

''Biz ''Qalatasaray''a öz təklifimizi irəli sürmüşük. Danışıqlar prosesi davam edir. 3 milyon avro? Onlara hansı məbləği təklif etdiyimizi açıqlamaq istəmirəm. Anlaşma əldə olunub-olunmayacağını görmək üçün bir qədər gözləməliyik. Derrik bizə Bremendə qalmaq istədiyini söyləyib''.

2023/24-ün ikinci dövrəsini ''Qalatasaray''da keçirən, amma Okan Burukun gözünə girə bilməyən 26 yaşlı futbolçu geridə qoyduğumuz mövsümdə ''Verder''də 30 rəsmi oyuna çıxaraq aktivinə 2 qol, 2 məhsuldar ötürmə yaza bildi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью