Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Duşan Vlahoviç "Yuventus"dan ayrılmağa yaxındır.
QOL.az xəbər verir ki, "Tuttosport" nəşrinin məlumatına görə, yeni müqavilə danışıqlarının uğursuz alınmasının əsas səbəbi maliyyə şərtləri ilə bağlı fikir ayrılığıdır.
Bildirilir ki, futbolçu komanda yoldaşı Conatan Devidlə eyni maaşı almaqla bağlı sual verib və bu, klub rəhbərliyində narazılıq yaradıb.
"Yuventus" Vlahoviçə bonuslarla birlikdə illik 6 milyon avro təklif etsə də, serbiyalı hücumçu 8 milyon avro sabit maaş tələb edib. Tərəflər razılığa gələ bilmədiyi üçün onun yayda klubdan ayrılacağı gözlənilir.