“Verdiyimiz qan minlərlə insanı xilas edə bilər Mail Ağaxanov

25.06.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

"Bizim verdiyimiz qan minlərlə insanı xilas edə bilər".
Bu sözləri Bizim.Media-ya açıqlamasında bu gün Aşura günü ilə əlaqədar Azərbaycan İlahiyyat İnstitutunda keçirilən qanvermə aksiyasında iştirak edən Mail Ağaxanov bildirib.
“Qanvermə aksiyasında könüllü olaraq iştirak etdim, dövlət qurumlarının belə bir aksiya təşkil etməsini dəstəkləyirik. Xəstəxanalarda qana ehtiyacı olan körpələr, yaşlı insanlar, xəstələr var. Bizim verdiyimiz 150-300 qramlıq qan min nəfərin həyatını xilas edə bilər. Buna görə də hər kəsi aksiyaya qoşulmağa çağırırıq", -deyə müsahibimiz qeyd edib.
Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью