Verdiyin sözə əməl et! Makron Trampa səsləndi

18.05.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampa çağırış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Fransanın “BFMTV” telekanalı müsahibəsində danışıb.

Belə ki, Makron Rusiya Prezidenti Vladimir Putinin istehzalı və süni davranışına cavab verilməli olduğunu vurğulayıb.

“Əminəm ki, Tramp ABŞ-a etimadın sarsılmasından narahat olaraq, buna reaksiya verəcək. O, hələ prezident seçkiləri ərəfəsində dünyada sülhün əldə olunmasına çalışacağına dair vədini reallaşdırmalıdır. Mayın 17-də Ukraynanın şimalında bir mikroavtobusa endirilmiş zərbələr nəticəsində 9 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Bunu Rusiyanın etdiyi məlumdur. Mülki şəxslərin hədəf alınması qəbuledilməzdir”, – o bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью