Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vərəmin ilkin əlamətləri bəzən adi soyuqdəymə və ya qrip simptomlarına bənzəyir, lakin bu xəstəliyin özünəməxsus fərqli xüsusiyyətləri var.
Redaktor.az xəbər verir ki, bu haqda həkim Oksana Pivovarova lenta.ru-ya danışıb.
Həkimin sözlərinə görə, vərəmin əsas əlamətləri arasında gecələr - otaqda isti olmasa belə - həddindən artıq tərləmə, aydın səbəb olmadan çəki itkisi, həmçinin uzunmüddətli, adətən 37,2-37,5 °C arasında dəyişən temperaturun yüksəlməsi yer alır. Bu əlamətlər, o cümlədən öskürək çox vaxt sadə soyuqdəymə kimi qəbul olunur.
“Adi virus infeksiyasında temperatur və öskürək adətən 5-7 günə keçir, lakin vərəmdə simptomlar həftələrlə, bəzən aylarla davam edir və xəstənin vəziyyəti tədricən pisləşir. Vərəm zamanı öskürək bəzən bəlğəmlə, hətta qan qarışıqlı ola bilər”, - deyə Pivovarova xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, uzunmüddətli öskürək, temperatur və gecə tərləməsi müşahidə olunarsa, dərhal terapevtə müraciət etmək lazımdır. Həkim ağciyərlərdə dəyişiklikləri müəyyən etmək üçün flüoroqrafiya və ya rentgen müayinəsi, həmçinin bəlğəmin analizi təyin edə bilər.
Pivovarova vurğulayıb ki, vərəm tam sağalan xəstəlikdir, lakin bu, yalnız müalicə sxeminə tam əməl olunduğu halda mümkündür.
Aytəkin TOFİQQIZI