Vərəm xəstələrinə evdə tibbi xidmət göstərilir VİDEO

28.10.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq vərəm xəstələri evdən çölə çıxmırlar, onların bütün müayinələri öz evlərində aparılır, dərmanları da ünvanlarına çatdırılır.

Gununesi.info Xəzər Tv-yə istinadən xəbər verir ki, içərisində xüsusi avadanlıqlar, tibbi ləvazimatlar, müxtəlif dərman vasitələri olan nəqliyyat vasitələri səyyar xidmət göstərirlər. Ağciyər Xəstəlikləri Mərkəzinin əməkdaşları maşınlarla ünvanlara yollanırlar.

Bundan başqa, müəssisələrdə video-müşahidə xidməti də yaradılıb. Xəstələrlə hər gün tək-tək video əlaqə saxlanılır. Onlar dərmanlarını nəzarət altında qəbul edirlər.

Hazırda paytaxtda 3, Şəmkir, Gəncə, Yevlax, Qobustan, İsmayıllı, Şəki, Quba, Zaqatala, Lənkaran, Masallı, Salyan və Sabirabad rayonlarındakı mərkəzlərin hər birində isə 1 belə səyyar maşın var.

Gununesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью