Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mirasın vərəsələrə keçməsi yalnız əmlakla deyil, müəyyən hallarda mərhumun borc öhdəlikləri ilə bağlı məsələləri də gündəmə gətirir. Bu zaman mirası qəbul edən şəxsin hansı borclara görə məsuliyyət daşıdığı və öhdəliyin hansı həddə icra edilməli olduğu sual doğurur.
Bəs vərəsələr mərhumun borclarına görə hansı hallarda və hansı həddə məsuliyyət daşıyırlar?
Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, miras qoyanın ölümü ilə onun əmlakla bağlı hüquq və vəzifələrinin müəyyən hissəsi vərəsələrə keçir.
Onun sözlərinə görə, buraya, qanunvericilikdə nəzərdə tutulan istisnalar nəzərə alınmaqla, mərhumun mövcud borc öhdəlikləri də daxil edilir:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyırlar. Lakin bu məsuliyyət vərəsənin öz şəxsi əmlakı ilə məsuliyyət daşıması anlamına gəlmir.
Vərəsənin məsuliyyəti ona keçmiş mirasın dəyəri ilə məhdudlaşır.
Başqa sözlə, mərhumun borcunun məbləği vərəsəyə keçmiş mirasın dəyərindən çox olduğu halda, vərəsə həmin fərqi öz şəxsi vəsaiti hesabına ödəməli deyil.
Bir neçə vərəsə olduqda isə onların kreditor qarşısında məsuliyyəti qanunla müəyyən edilmiş qaydada mirasdan aldıqları paylara uyğun olaraq müəyyən edilir.
Bununla yanaşı, mərhumun bütün öhdəliklərinin avtomatik olaraq vərəsələrə keçməsi də düzgün yanaşma deyil. Şəxsin ölümü ilə xitam verilən, onun şəxsiyyəti ilə bilavasitə bağlı olan öhdəliklər vərəsəlik qaydasında keçmir”, - deyə Elnur Məmmədov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Bəs vərəsələr mərhumun borclarına görə hansı hallarda və hansı həddə məsuliyyət daşıyırlar?