Vergi borcun var, amma işləyirsən: Güzəşt ediləcək Azərbaycanda ilk

23.09.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsiilə yanaşı, vergi ödəyiciləorinə münasibətin bir qədər yumşaldılması da nəzərdə tutulur.

FED.az xəbər verir ki, bu barədə 2027-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulur.

Sənədə əsasən, gələn il vergi siyasətinin əsas istiqamətlərindən biri vergi borcları üzrə möhlət mexanizminin sadələşdirilməsi və təşviqlərin tətbiqidir.

Belə ki, vergi borclarının idarə olunması sahəsində əsas istiqamətlərdən biri borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi olacaq. Eyni zamanda ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi də əsas addımlardan olacaq.

Sənəddə izah edilir ki, bu siyasətə vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi aiddir.

Eləcə də ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlər müəyyən ediləcək.

Bundan əlavə müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi də nəzərdən keçiriləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью