Vergi dərəcələri dəyişəcək Nəzarət artırılacaq | Icma.az
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq. Qarşıdakı 3 il ərzində Azərbaycanda vergi dərəcələrinin dəyişməsi, eləcə də vergi nəzarəti
Bu Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyasında nəzərdə tutulub.
Sənəddə Vergi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üçün 4 istiqamət nəzərdə tutulub.
Bunlar «Güclü insan kapitalı», «Könüllü əməletmənin təbliği», «Vergidən yayınma ilə inamlı mübarizə» və «Davamlı və dayanıqlı inkişaf»dır.
Strategiyadə vergi ödəyicilərinə göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vergi ödəyicilərinin hesabatlılıq üzrə iş yükünün sadələşdirilməsi və sürətləndirilməsi məqsədilə inzibatçılığın təkmilləşdirilməsi, o cümlədən rəqəmsallaşması nəzərdə tutulur.
Bildirilir ki, Dövlət Vergi Xidməti vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə elektron xidmətlərlə yanaşı, vergi nəzarəti proseslərinin də avtomatlaşdırılması üzərində işləyir.
Strategiyaya uyğun olaraq atılacaq əsas addımlardan biri vergi dərəcələrinin optimallaşdırılması olacaq.
Xidmət bununla vergi yükünü ədalətli etmək və digər ödənişlərlə müqayisədə balanslaşdırmaq istəyir.
Tam oxu
Xəbəri oxu