Vergi işçiləri repetitorları yoxlamağa BAŞLAYIB? | Icma.az
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda fərdi qaydada repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin vergi orqanların tərəfindən yoxlanılmağa başlanıldığı bildirilir.
Modern.az-ın məlumatına görə, prosesin hələlik Bakı şəhərində başladığı iddia edilir. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev fevral ayında repetitorluğun mərhələli şəkildə ləğv ediləcəyini bildirib.
O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil.
"Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repititorluq etmək ayıbdır.
Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək".
Nazirin açıqlamasından sonra ekspertlər repetitorluqla mübarizəyə vergi əməkdaşlarının cəlb edilə biləcəyini açıqlamışdı.
Tam oxu
Xəbəri oxu