Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Yeni qaydalara görə yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Lap yaxşı, məntiqi budur ki, ölkəyə yüksək təhsilli, ixtisaslı, əsasən də İT (İnformasiya Texnologiyaları) sahəsində çalışan mütəxəssislər gəlsin".
"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bəlkə onlardan kimsə öz maşını ilə gəlmək istədi, sərhəddi də hamı üçün açın ki, gələ bilsinlər də:
"Yaxşı, bizim yüksək ixtisaslı mütəxəssislərimizə niyə vergi güzəşti olmamalıdır ki?! Ümumiyyətlə, dəlmə-deşik olan, məntiq ardıcıllığı itən, son 6 ildə 2000-dən çox əlavə və dəyişikliklər edilən Vergi Məcəlləsi niyə sadə dildə yenidən yazılmır?! Bu nə isrardır, hər il onlarla əlavə və dəyişikliklər edilir, kələfənin (yumru şəkildə sarınmış sap, iplik, məftil) ucu da itib. Belədirsə, məntiqli, sadə və biznes - dostu yeni məcəllə niyə qəbul edilmir?!"
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin