Vergi Məcəlləsində dəyişiklik edilir

27.11.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vergi Məcəlləsində dəyişiklik olunur.
Bizim.Media xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Məcəllənin 30.6.16-cı maddəsi vergi ödəyiciləri haqqında kommersiya (vergi) sirri təşkil edən məlumatların sorğu əsasında səlahiyyətlərinin icrası ilə əlaqədar Çağrı Mərkəzi qismində İqtisadiyyat Nazirliyinə verilməsini nəzərdə tutur.
 

Çağrı Mərkəzinin fəaliyyətinin Dövlət Vergi Xidmətinin fəaliyyəti (strukturu) daxilində təşkil edilməsi nəzərdə tutulduğundan müvafiq normanının mövcudluğuna zərurət qalmır və ləğvi təklif edilir.


Belə ki, vergi orqanlarının, o cümlədən onun strukturuna daxil olan qurumların vəzifəli şəxslərinin sirr təşkil edən məlumatları əldə etməsi Vergi Məcəlləsinin digər maddəsi (30.4-cü maddə) ilə tənzimlənir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью