GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci ildən bazarlarda fəaliyyət göstərən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək.
Globalinfo.az xəbər verir ki, yalnız bundan sonra onların fəaliyyətinə icazə veriləcək.
Əks təqdirdə bazarların mülkiyyətçiləri və ya idarəçiləri cərimə ediləcək.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub. Sahibkarlar isə bu qərarla bağlı narazılıqlarını bildiriblər.
“Vergi ödəyəndən sonra bizə nə qalacaq? Narkotik satmırıq, başqa şey etmirik.
Qanun nəyi tələb edirsə, onu edirik”, – deyə onlar söyləyiblər.
İqtisadçı Xalid Kərimli bildirib ki, vergi uçotunda dayanmaq sahibkarların müəyyən qədər xərclərini artıracaq prosesdir: “Amma bunun sözügedən məsələyə görə birbaşa qiymət artımına gətirib çıxaracağını demək asan deyil.