Vergi ödəməyən sahibkarlar cərimələnəcəklər VİDEO | Icma.az
Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ildən bazarlarda fəaliyyət göstərən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək.
Yalnız bundan sonra onların fəaliyyətinə icazə veriləcək. Əks təqdirdə bazarların mülkiyyətçiləri və ya idarəçiləri cərimə ediləcək.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub. Sahibkarlar isə bu qərarla bağlı narazılıqlarını bildiriblər.
"Vergi ödəyəndən sonra bizə nə qalacaq? Narkotik satmırıq, başqa şey etmirik.
Qanun nəyi tələb edirsə, onu edirik", - deyə onlar söyləyiblər.
İqtisadçı Xalid Kərimli bildirib ki, vergi uçotunda dayanmaq sahibkarların müəyyən qədər xərclərini artıracaq prosesdir: "Amma bunun sözügedən məsələyə görə birbaşa qiymət artımına gətirib çıxaracağını demək asan deyil.
Bazardakı qiymətlər xərclərdən asılı olsa da, rəqabətdən də ciddi şəkildə asılıdır. Sahibkar artan xərcini iki formada qarşılayır.
Tam oxu
Xəbəri oxu