Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci ildən bazarlarda fəaliyyət göstərən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək.
Yalnız bundan sonra onların fəaliyyətinə icazə veriləcək. Əks təqdirdə bazarların mülkiyyətçiləri və ya idarəçiləri cərimə ediləcək.
KONKRET.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub. Tələs, bitmədən sən də al.
Fürsətlər tükənmədən tətbiqə gəl! Sahibkarlar isə bu qərarla bağlı narazılıqlarını bildiriblər. “Vergi ödəyəndən sonra bizə nə qalacaq?
Narkotik satmırıq, başqa şey etmirik. Qanun nəyi tələb edirsə, onu edirik”, – deyə onlar söyləyiblər.
İqtisadçı Xalid Kərimli bildirib ki, vergi uçotunda dayanmaq sahibkarların müəyyən qədər xərclərini artıracaq prosesdir: “Amma bunun sözügedən məsələyə görə birbaşa qiymət artımına gətirib çıxaracağını demək asan deyil.
Bazardakı qiymətlər xərclərdən asılı olsa da, rəqabətdən də ciddi şəkildə asılıdır. Sahibkar artan xərcini iki formada qarşılayır.