Vergi ödəyicisinin dəyişikliklər barədə məlumat vermə müddəti qısaldılır

21.06.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. SİA xəbər verir ki, layihəyə əsasən, şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası və müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir, habelə vergi ödəyicisinin dəyişikliklər barədə məlumat vermə müddəti qısaldılır.

Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью