“Vergi ödəyirik, işləyə bilmirik” Prospektdə taksi dayanacağı zəbt edildi VİDEO

05.02.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Xocalı prospektində, “Dəmirçi Plaza”nın qarşısında qayda pozan sürücülər görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, taksi sürücülərindən biri baş verən xoşagəlməz vəziyyəti lentə alaraq sosial şəbəkə hesabında paylaşıb.

Videodan göründüyü kimi, H 012 555 dövlət nömrə nişanlı “Toyota” markalı, “Audi” markalı, 77-VB-581 dövlət nömrə nişanlı “KIA” markalı və 90-PO-079 dövlət nömrə nişanlı “Changan” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini taksilər üçün ayrılmış dayanacaqda saxlayıblar.

Şikayətçinin sözlərinə görə, bu hal ərazidə demək olar ki, hər gün təkrarlanır: “Dayanacaqda yad avtomobillər saxlandığı üçün taksi sürücüləri müştəri götürə bilmir. Biz taksi fəaliyyəti ilə məşğuluq, vergi ödəyirik, amma bu cür hallara görə işləmək mümkün olmur. Qayda pozan sürücülərlə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edirik”, – deyə o bildirib.

Nərmin

Oxunub 200

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью