Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı iş adamları ilə görüş keçirilib

26.11.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Sahibkarların vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklifləri müzakirə olunub.

525.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.

Məlumata görə, DVX-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının Hüquq, maliyyə və vergi konsultasiyası komissiyasının üzvləri ilə görüş keçirilib.

DVX-nin Vergi siyasəti baş idarəsinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə vergi qanunvericiliyinin tətbiqi, kameral vergi yoxlamaları və bəyannamələrin təqdim edilməsi zamanı yaranan çətinliklər, eləcə də onların həlli yolları nəzərdən keçirilib.

Assosiasiya nümayəndələri bu formatda keçirilən görüşlərin biznes mühitindəki mövcud çağırışların operativ müəyyənləşdirilməsi və effektiv həll mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Yekunda dövlət-biznes əməkdaşlığının genişləndirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью