Vergi Xidmətinin əməkdaşı Avropada rekordlar qırdı

20.05.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

14–18 may 2025-ci il tarixlərində Çexiyanın Trutnov şəhərində keçirilən GPC Avropa Çempionatında Azərbaycan idmançıları möhtəşəm çıxış edərək tarix yazıblar. 40 ölkənin iştirak etdiyi bu yarışda 500 -dən çox idmançı öz gücünü sınayıb.

Bizimyol.info xəbər verir ki, yarışda nümayəndələrimiz bir-birindən dəyərli nəticələr əldə edərək iki yeni dünya rekordu, çoxsaylı qızıl və gümüş medallar, həmçinin mütləq qalibiyyətlər qazandılar. Azərbaycan komandası həm fərdi, həm də komanda nəticələrinə görə Avropada gücünü nümayiş etdirdi.

Bench-press (təchizatla):

 Əliyev Əli – 140 kq çəki dərəcəsində 1-ci yer və yeni dünya rekordu Famil Məhərrəmov – 140 kq çəki dərəcəsində, Master kateqoriyasında 1-ci yer

Deadlift:

Namazov Vüqar – 140+ kq çəki dərəcəsində 1-ci yer və yeni dünya rekorduNamazov İlkin – 140 kq çəki dərəcəsində 2-ci yerMəhəmməd Hüseynov – 125 kq çəki dərəcəsində (təchizatla) 1-ci yerQuliyev Seymur – 125 kq çəki dərəcəsində 2-ci yerMəhəmməd Nağıyev – 60 kq çəki dərəcəsində 1-ci yer, həmçinin mütləq qaliblər

arasında 2-ci yer

Hacızadə Mehdi – 56 kq çəki dərəcəsində 1-ci yer, həmçinin mütləq qaliblər arasında 1-ci yer

Street-Curl:

Əliyev Cəlil – 110 kq çəki dərəcəsində 2-ci yerAbbasov Zaur – 100 kq çəki dərəcəsində 1-ci yerSultanov Sultan – 90 kq çəki dərəcəsində 1-ci yerYusifov Məhəmməd – 82.5 kq çəki dərəcəsində 1-ci yerMusayev Sadiq – 82.5 kq çəki dərəcəsində 2-ci yerQədimli Turan – 75 kq çəki dərəcəsində 1-ci yer, həmçinin mütləq qaliblər

arasında 3-cü yer

Zelenov Vadim – 67.5 kq çəki dərəcəsində 1-ci yer, həmçinin mütləq qaliblər arasında 2-ci yer

Bu uğurlar Azərbaycan güc idmanlarının yüksəlişinin bariz göstəricisidir. Qazanılan medallar və yeni rekordlar ilə idmançılarımız ölkəmizi layiqincə təmsil edərək bayrağımızı beynəlxalq arenada zirvəyə qaldırdılar.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью