Vergi Xidmətinin rəis müavini Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcək

14.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 14 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev sentyabrın 25-i saat 11:00-dan etibarən Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Bakı-Qazax şossesi, 118-ci km) Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri ilə görüşəcək.

DVX-dən AZƏRTAC-a bildirilib ki, görüşə gəlmək istəyən vətəndaşlar 14-23 sentyabr tarixlərində Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə Şamaxı, Ağsu və Qobustan Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Xidmətin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların görüşə müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью