Vergi Xidmətinin rəis müavini Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

06.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev noyabrın 20-də saat 11:00-dan etibarən 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5) Şəmkir, Ağstafa, Qazax, Gədəbəy və Tovuz rayonlarının sakinləri ilə görüşəcək.

Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşə gəlmək istəyən vətəndaşlar noyabrın 6-18-də Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinə, habelə Şəmkir, Ağstafa, Qazax, Gədəbəy və Tovuz Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya xidmətin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların görüşə müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью