Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində tutulan faiz dərəcəsinin 0,05 faizə endirilməsi təklif olunur.
Eləcə də, Maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə 10 faiz güzəşt tətbiq olunacaq.
Layihəyə əsasən, büdcə proqnozlarının vaxtında icrasını, vergi borclarının büdcəyə operativ səfərbər olunmasını və vergi orqanının büdcədənkənar fonduna vəsaitlərin daxilolmasını stimullaşdırmaq məqsədilə maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə onun məbləğinə 10 faiz güzəştin tətbiqi təklif olunur.