Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ilin nəticələrinə görə, ölkədə "ƏDV üzrə əməletmə boşluğu" 7,92 % səviyyəsinə enib.
“Yeni Sabah” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) illik hesabatında yer alan göstəricilərə əsasən xəbər verir ki, vergi kəsiri 2024-cü ilə nisbətən 0,22 faiz bəndi, 2019-cu illə müqayisədə isə 12,8 faiz bəndi azalıb.
Qeyd edək ki, ƏDV boşluğu dövlət büdcəsinə toplanmalı olan potensial vergi məbləği ilə faktiki yığılan daxilolmalar arasındakı fərqi ifadə edir. Bu fərqin kiçilməsi "kölgə iqtisadiyyatı"nın həcminin azalmasından, vergi inzibatçılığının effekti artırmasından və bazarda sağlam rəqabət mühitinin formalaşmasından xəbər verir. pizza hut
Cəlalə