Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Maliyyə Nazirliyindən Ölkə.az-a verilən xəbərə görə, cari ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 33 569,6 milyon manat təşkil edib ki, bu da proqnozu 1 163,5 milyon manat və ya 3,6% üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 16 065,2 milyon manat təşkil edərək proqnozdan 1 274,2 milyon manat və ya 8,6%, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 47,7 milyon manat təşkil edərək proqnozdan 11,8 milyon manat və ya 33%, sair daxilolmalar 540,0 milyon manat təşkil edərək proqnozdan 106,8 milyon manat və ya 24,6%, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 613,5 milyon manat təşkil edərək proqnozdan 1,5 milyon manat və ya 0,03% çox, Dövlət Neft Fondundan transfert isə 10 697,0 milyon manat təşkil edərək proqnoza qarşı 100% icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 606,1 milyon manat təşkil edərək proqnoza qarşı 72,4% icra olunub.
Yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 28 761,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 040,8 milyon manat və ya 3,8% çoxdur.
2026-cı ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 41 952,0 milyon manat, xərcləri isə 34 082,4 milyon manat məbləğində icra edilib.