Vergiləri azaltmaq üçün büdcə qətnaməsi qəbul edilib

26.02.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


ABŞ Nümayəndələr Palatası vergiləri və xərcləri azaltmaq üçün respublikaçıların büdcə qətnaməsini qəbul edib.
Reyting.az
xəbər verir ki, qətnamə 217-215 səslə qəbul olunub və bu, prezident Donald Trampın qanunvericilik gündəmi üçün mühüm addımdır.
Vergilərin 4,5 trilyon dollar azaldılması 10 il ərzində federal xərclərin 2 trilyon dollar azaldılmasını tələb edir.
Plan, həmçinin müdafiə və sərhəd təhlükəsizliyi üçün təxminən 300 milyard dollar, borc tavanının isə 4 trilyon dollar artırılmasını da əhatə edir.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью