Vergilərin 30 faizi neftqaz sektorunun payına düşüb

14.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

2024-cü ildə dövlət büdcəsinə 15 milyard 808 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 538 milyon manat çoxdur.

Teleqraf.com Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 11 milyard 27,4 milyon manata yaxın təşkil edib, büdcəyə proqnozdan əlavə 337,3 milyon manatdan çox vəsait daxil olub. 2023-cü illə müqayisədə bu sektordan vergi daxilolmaları 1,3 milyard manat və ya 13,6 faiz artıb.

Ödənilən vergilərin 69,8 faizi qeyri-neft-qaz sektorunun, 30,2 faizi isə neft-qaz sektorunun payına düşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью