Verilən kreditlərin 76% dən çoxu Bakının payına düşür

07.03.2025

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin fevral ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 27 mlrd. 514 mln. manat təşkil edib. Bunun da 76.5%-i və ya 21 mlrd. 46 mln. manatı Bakı şəhərinin payına düşüb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 16.3% və ya 2 mlrd. 945 mln. manat artıb.

Qeyd edək ki, 2024-cü ilin fevral ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 18 mlrd. 101 mln. manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью