Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Xanəndə Ayşən Mehdiyeva efirə gec çıxmamasının səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi “Qonaqcanlı” proqramında mövzu ilə bağlı danışıb. O bildirib ki, yaradıcılığında yenilik olanda verilişə qatılır:
“Bir-iki həftə efirə çıxmıramsa, ya yeni klip, ya da mahnı hazırlayıram. Bəzən elə olur ki, bir həftə ərzində verilişə 2-3 dəfə çıxıram. Efirdə görünəndə əlimdə ya yeni mahnı, ya da klip olmalıdır. Material olmalıdır. Hər gün efirdə olmağın mənası yoxdur”.