Vernidub çarədir? manipulyasiya izi ilə…

25.11.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Bir ara Çerçesov idi, indi də Vernidub – necə piar olunurlarsa, qoxusu artıq ət ürpədir.

Çerçesovu milli komandaya və “Neftçi”yə sırımaq istəyənlər 3-4 il onun təbliğatını apardı. Yoruldularmı, yoxsa nədənsə – əl çəkdilər bu sevdadan.

Son 2-3 ildə də Vernidub… Bir ara “Qəbələ”yə gətirilirdi. Klubun büdcəsi azaldı. Lazım olmadı.

Sonra Vernidubun adı “Sabah”la hallandırıldı. “Futuristlər” bu “izdivac” cəhdinə isti yanaşmadı.

Son üç məşqçi dəyişikliyində isə “Neftçi”nin “ömrünə oturdulub”.

Azərbaycan futbolunda bu cür monopoliya var və təəssüf ki, üstünlük onların əlindədir. O qüvvələrə “informasiya mafiyası” adı vermək olar. Çünki şəbəkə halında işləyirlər və məşqçi/futbolçu namizədlərini “raskrutka” edə bilirlər. Bunun üçün onların əlində xeyli “ikinci sort” media və sosial şəbəkə imkanları var.

“Neftçi”nin niyə, hansı əsasla Verniduba həvalə edilməsi dərin təhlil mövzusuykən, o qəbildən olan təbliğat vasitələri onu əsas çarə kimi təqdim edir.

Ölkə futboluna ayrılan dövlət dotasiyasının futbola deyil, bu “cəbhənin” “dəyirmanında üyüdüldüyü” araşdırılsa, böyükmiqyaslı yeyintilərin üstü açılar.

Araşdıran lazım.

Kamil Əhməd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью