Vernidub istədi, Neftçi bu mövqe üçün hərəkətə keçdi ÖZƏL

10.04.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Neftçi” transfer çalışmalarını davam etdirir.

“Ağ-qaralar” müdafiə xəttinə tam fokuslanıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı təmsilçisinin baş məşqçisi Yuri Vernidub rəhbərlikdən sol cinah müdafiəçisi transfer edilməsini tələb edib.

Həmin zonada Mustafa Sekin çıxışını yetərli hesab etməyən ukraynalı mütəxəssis, əsl mövqeləri yarımmüdafiə olan Luis Ortis və Sessi Dalmeydanı da burada yoxlayıb.

Vernidub yeni mövsüm üçün bu sahəyə ixtisaslaşmış oyunçunun transferini istəyib.

Qeyd edək ki, “Neftçi” hazırda 40 xalla turnir cədvəlində 5-ci sırada qərarlaşıb.

Elnur Çodarov Norveçin "Valerenqa" klubunda təcrübə proqramında iştirak edir I Liqa: XXI tura yekun vurulub - YENİLƏNİB "Şəfa"nın futbolçusu mükafatlandırılıb Tahir Gözel “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri təyin edildi "Sabah" Çempionlar Liqasına hazırlaşır: Danışıqlar başlayacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью