Vernidub Ukrayna çempionatından “Neftçi”yə dəvət etmək istədiyi futbolçuların adını açıqlayıb

23.01.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukrayna mətbuatına verdiyi müsahibədə nəzəri olaraq Ukrayna Premyer Liqasından(UPL) “Neftçi”yə dəvət etmək istədiyi futbolçuların adlarını sadalayıb.

İdman.Biz xəbər verir ki, 60 yaşlı mütəxəssis ilk olaraq “Şaxtyor”un 22 yaşlı sağ qanad oyunçusu Prosper Obanı seçib.

Vernidubun ikinci namizədi “Dinamo”nun 22 yaşlı müdafiəçisi Vladimir Brajkan olub.

Üçüncü seçim isə “Zoriya”nın 33 yaşlı hücumçusu Filip Budkovski olub.

“Çox istəyirəm ki, Filip bu mövsüm UPL-in bombardiri olsun”, - deyə Vernidub əlavə edib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью