“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” Rəşad Sadıqov

27.11.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi” ilə matçdan sonra rəqib çalışdırıcı Yuri Vernidubla aralarında yaranan problemdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, R.Sadıqov ukraynalı çalışdırıcıya çox danışdığına görə iradlar bildirdiyini deyib: 

“Ona bildirdim ki, çox artıq sözlər danışırsan. Amma “Neftçi”də olduğun üçün çox şey demirəm. Çünki o, bəzi ifadələr işlədirdi. Fasiləyə gedəndə də nə isə danışdı. Deyə bilər ki, sənə demədim, amma 2 metr yaxınlığında idim, eşidirdim”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью