Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Napoli" heyətini yeni oyunçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, İtaliyanın son çempionu Jiovane Santananı transfer edib. “Napoli” bu transfer üçün “Verona”ya 20 milyon avro ödəyəcək. 22 yaşlı mərkəz hücumçusu ilə müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Braziliyalı futbolçu bu mövsüm A seriyasında 21 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.