Veronika Jilina ailəsi ilə birlikdə Azərbaycana köçməyi planlaşdırır

15.07.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Fiqurlu konkisürən Veronika Jilina Beynəlxalq Konkisürmə İttifaqının (ISU) onun Azərbaycan millisinə keçidinə icazə verməməsindən sonra karyerasını bitirməyi planlaşdırmır.

İdman.biz "RİA Novosti"yə istinadən xəbər verir ki, 17 yaşlı idmançı məşqlərini davam etdirir və keçidlə bağlı məsələ həll olunduqdan sonra yarışlarda iştirak etməyi planlaşdırır.

Agentliyin digər mənbəsi isə bildirib ki, Jilina ailəsi ilə birlikdə Azərbaycana köçməyi düşünür.

Qeyd edək ki, daha əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKKR) Jilinanın Rusiya idman vətəndaşlığından Azərbaycan vətəndaşlığına keçidinə icazə verməmişdi. İdmançı artıq Azərbaycan pasportu alıb. Daha sonra "RİA Novosti"nin mənbəsi bildirib ki, onun hazırlığına xərclənən təxminən 1 milyon rubl (təxminən 21,7 min manat) məbləğində vəsaiti də FFKKR-ə geri qaytarıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью