Verratti bu qış İtaliyaya qayıdır?

30.11.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

“Əl-Ərəbi”nin yarımmüdafiəçisi Marko Verratti qışda klubunu dəyişə bilər.

Publika.az “Marca”ya istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə İtaliyanın “İnter” klubu maraqlanır.

Verrattinin “Əl Ərəbi” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. O, sözləşməni yeniləmək niyyətində deyil. Qətər klubu qış transfer pəncərəsində onu müəyyən pul qarşılığında buraxmağa hazırdır.

Verratti 2024-cü ildə PSJ-dən Qətər klubuna transfer olunub.

Maraqlıdır ki, İtaliya millisinin 32 yaşlı sabiq futbolçusu heç vaxt A seriyasında oynamayıb. 2012-ci ildə B seriyasında çıxış edən “Peskara”dan PSJ-yə keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью