Versace yeni brend yaradır

21.09.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dünya dəb sənayesinin tanınmış simalarından olan Donatella Versace yenidən öz yaradıcılıq xəttini formalaşdırmağa hazırlaşır. Dizayner ABŞ-ın Revolve Group şirkəti ilə birlikdə dəb və gözəllik sahələrini əhatə edən yeni müstəqil layihəyə başlayır.

Yeni təşəbbüs Donatella Versacenin şəxsi yaradıcılıq baxışları üzərində qurulacaq. Layihənin yalnız geyimlə məhdudlaşmayacağı, gözəllik məhsulları və əyləncə sahəsini də əhatə edəcəyi bildirilir.

Yeni brendin adı hələ açıqlanmayıb. İlk məhsulların 2027-ci ildə təqdim olunması planlaşdırılır. Layihə ABŞ, Latın Amerikası, Asiya-Sakit okean regionu və Yaxın Şərq bazarlarında fəaliyyət göstərəcək.

Donatella Versace 2025-ci ildə Versace dəb evinin baş kreativ direktoru vəzifəsindən ayrılmış, daha sonra brendin baş səfiri təyin edilmişdi. Versace isə ötən ilin dekabrında Prada Group tərəfindən satın alınıb.

Yeni layihə Donatella Versacenin uzun illər formalaşdırdığı dəb estetikasını müasir nəsillə yeni formatda əlaqələndirmək məqsədi daşıyır. Dizayner xüsusilə musiqi, kino, incəsənət və dəbin gənc auditoriyanın üslubuna təsirini vurğulayıb.

Beləliklə, dəb dünyasının ən tanınan simalarından biri öz adını daşıyacaq yeni yaradıcılıq mərhələsinə hazırlaşır.

Hazırladı:
Səadət Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью